 |
Rus |
Rus dili
Rus dilində 200 milyondan çox insan danışır və bu dil hind Avropa dillərin ailəsində Şərqi slavyan dillərin qrupuna aid edilir. Bu qrupa həmçinin Ukrayna və Belarus dilləri də aiddir.
Rus dili Müstəqil Dövlətlər Birliyi (MDB) daxilində ünsiyyət dilidir və BMT-də rəsmi dil statusuna malikdir.
Bu dil kiril əlifbasının müasir variantında yazılır və o, 1918-ci ildə aparılmış böyük islahatın nəticəsidir. Hazırda, həmin əlifbada 33 hərf var və bir çox hərflər vaxt keçdikcə tam ləğv edilmişdir.
Üç cins və altı haldan ibarət olan rus dili praktiki olaraq oxunduğu kimi yazılır və orada yazı qaydaları aydındır, baxmayaraq ki, yaşayan bütün digər dillərlə yanaşı dəyişə də bilir. İlkin olaraq Bizans yunan dilindən yaranan işarələrin qoyulması alman və fransız dili sistemlərində olduğu kimi XVİİ və XVİİİ əsrlərdə dəyişdirilmişdir.
|