 |
Türk |
Türk dili
Türk dili ural-altay dillərin ailəsinə aiddir. Bolqarıstandan başlayaraq Çinə qədər türk dilində təqribən 100 milyon şəxs danışır və həmin dil müəyyən mənada Türkiyənin müasir dilinə yaxındır. YUNESKO-ya görə, bu dil dünyanın on birinci dili hesab edilir.
Asiya türkləri İrana daxil olduqda, onlar ərəb əlifbasını qəbul etmiş və dilləri bir çox hallarda ərəb və fars dillərindən götürülmüş sözlərlə zənginləşmişdir. Osmanlı İmperiyası zamanı türklər xarici dillərdən kifayət qədər sözləri qəbul etmiş və beləliklə, dilləri çox çətinləşmişdir.
Türkiyə Respublikası qurulduqdan sonra, Atatürk latın əlifbasını qəbul etmiş və türk dilinin təmizlənməsinə çalışmışdır. Bu gün, türk dili daima inkişaf edir və yeni sözləri götürür.
Türk dili aqlünativ dil hesab edilir. Yəni, bu dil sözlərə əlavə olunan hissələr (şəkilçi və affikslər) sisteminə əsaslanır. Onun əlifbası demək olar ki, fonetikdir və bu, o deməkdir ki, bu dildə oxuyaraq onu tələffüz etmək olar
|